Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xüsusi Təyinatlı Qüvvələrin baş giziri Vətən Müharibəsi Qəhrəmanı şəhid Camal İsmayılovun 39 yaşı qeyd olunub.

"Unikal" xəbər verir ki, şəhid baş gizir Camal İsmayılovun Şəhidlər xiyabanındakı məzarı, Həsənəbad qəsəbəsindəki abidəsi ziyarət olunub və ruhuna dualar oxunub.

Tədbirdə Neftçala RİH-in başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, döyüşçü yoldaşları və qazilər iştirak edib. İştirakçılar Camal İsmayılovun həsr olunan rəsm sərgisi ilə tanış olublar.

Tədbirdə çıxış edən şəhidin atası Vidadi İsmayılov, bacısı Xəyalə Ağamalıyeva, şəhid Elyar Vəliyevin atası Arif Vəliyev və digər şəxslər Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsindəki qələbəsindən və bu qələbədə iştirak edən şəhid Camal İsmayılovun şücaətindən, keçdiyi döyüş yolundan söhbət açıb.

Həmçinin, tədbirdə Vətən müharibəsi qəhrəmanının həyatını əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun qızı Əsnad İsmayılova L.V. Bethovenin  “K. Elize” əsərini ifa edib.

Tədbirdə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov bildirib ki, bu gün ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ümummilli Lider Heydər Əliyevin siyasi yolunu uğurla davam etdirməsi, uzaqgörən və qətiyyətli siyasəti nəticəsində 30 ilə yaxın işğalda olan torpaqlarımız xalqımızın birliyi, müzəffər ordumuzun peşəkarlığı sayəsində azad olundu.

Tədbir Neftçala şəhər Camal İsmayılov adına Uşaq İncəsənət məktəbinin hazırladıqları kompozisiyalar ilə davam edib.