Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyulun 11-i saat 17:00-a olan məlumatına əsasən Göytəpə, Oğuz, Gəncə, Gədəbəy, Daşkəsən, Göygöl, Şəmkir, Tovuz, Ağstafa, Balakən, Zaqatala, Şəki, Qusar, Xınalıq, Quba, Şahdağda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Xidmətdən "Unikal"a verilən xəbərə görə, şimal-qərb küləyi arabir Naftalanda 25 m/s, Ağdam, Göyçay, Zərdab, Tərtərdə 20 m/s, Yevlax, Gəncədə 18 m/s, Beyləqanda 16 m/s, Bakıda və Abşeron yarımadasında 19 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.0 metrə çatıb