25-27 iyun tarixlərində mərkəzləşdirilmiş üsulla lisey və gimnaziya imtahanında sualların əvvəlcədən müəyyən şagirdlər tərəfindən əldə olunması ehtimalları yaranmışdır.

"Unikal" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlmasında Təhsil İnstitutunun Xüsusi istedadlı uşaqlarla işin təşkili şöbəsinin müdiri Tural Alışov deyib.

Tural Alışov qeyd edib ki, hazırda bununla bağlı araşdırmalar aparılır: “Bu ehtimallar üçün Elm və Təhsil Nazirliyi geniş miqyaslı araşdırma aparılır. Və indi də bu araşdırmalar davam edir”.