Bu ilin 6 ayı ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı 5881 cinayət faktı aşkarlanıb.

Bu barədə "Unikal"a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından bildirilib.

Belə ki, qanunsuz dövriyyədən 4 ton 623 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə müsadirə edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə cinayətlərin sayı 103 fakt, müsadirə edilən narkotiklərin və psxiotrop maddələrin miqdarı isə 1 ton 204 kq artıb.