11 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vahid Əhmədov və Quba Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının birinci müavini Tariyel İbrahimov tərəfindən rayonun Qamqam kəndində Rustov kənd İnzibati Ərazi Dairəsi üzrə vətəndaşlarla görüş keçirilib.

"Unikal" xəbər verir ki, görüşdən əvvəl Quba rayonunun İsnovqışlaq kəndində, millət vəkili Vahid Əhmədovun təşəbbüsü ilə Birinci Qarabağ müharibəsinin şəhidlərinin xatirəsinə inşa olunan abidənin açılış mərasimi keçirilib. Mərasimdə iştirak edən şəhid anaları millət vəkilinin şəhidlərə və şəhid ailələrinə göstərdiyi qayğı və diqqətə görə xüsusi minnətdarlığını bildirib.

Daha sonra, şəhid, Vətən Müharibəsi Qəhrəmanı Mehrab Söhrab oğlu Niftəliyevin xatirəsinə yaradılmış, Quba rayonunun Qamqam kəndində yerləşən abidə kompleksi şəhidin ailə üzvləri ilə birlikdə ziyarət olunub.

Görüş zamanı Milli Məclisin üzvü Vahid Əhmədov və Quba Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının birinci müavini Tariyel İbrahimov möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə həyata keçirilən olduqca mühüm işlər və əldə olunan tarixi nailiyyətlər, eləcə də ölkə rəhbərliyinin yüksək diqqəti və qayğısı sayəsində Quba rayonunda görülmüş işlər barədə geniş danışıblar.

Daha sonra isə vətəndaşlar tərəfindən qaldırılan məsələlər və irəli sürülən təkliflər ətraflı dinlənilib, həmin məsələlər icraata götürülüb və bir çox məsələlərlə bağlı aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib.