SOCAR "Azəriqaz" İB-nin Astara rayonunun Səlivə kəndində təşkil olunan "Səyyar qəbul otağı"na 20-yə yaxın sakin qatılıb.

Bu barədə "Unikal"a qurumdan məlumat verilib.

Lənkəran RQİİ-nin rəisi kənd camaatını salamladıqdan sonra mikrofon sakinlərin ixtiyarına verilib.

Kamera qarşısına çıxan Səlivə kənd sakinlərinin istəyi demək olar ki, eyni idi. Onlar fərdi yaşayış evlərinin qazlaşdırılmasını xahiş ediblər. Vətəndaşlara məlumat verilib ki, “SOCAR” “Azəriqaz” İB-nin daxili resursları hesabına çəkilən küçə xətlərinə qoşulma prosesi sakinlərin vəsaiti hesabına, xüsusi lisenziyası olan podratçı şirkətlər tərəfindən həyata keçirilməlidir. Mənzillərin və ya fərdi yaşayış evlərinin qazlaşdırılması istisna hal kimi şəhid ailələrinə və qazilərə şamil edilir. "Açıq mikrofon" aksiyasında SOCAR "Azəriqaz" İB-nin Lənkəran RQİİ-nin rəhbər şəxsləri səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd ediblər.