İspaniyalı futbolçu Serxio Ramos karyerasını “Flamenqo”da davam etdirə bilər. Braziliya klubu artıq futbolçu ilə əlaqə saxlayıb və ona rəsmi təklif göndərməyə hazırdır.
"Unikal" xəbər verir ki, azad agent statusuna malik 37 yaşlı futbolçu son iki mövsümü Fransanın PSJ komandasında keçirib.
58 oyunda altı qol vuran və bir məhsuldar ötürmə edən müdafiəçi iki dəfə Fransa kubokuna, bir dəfə isə Superkubokuna sahib olub.