Şəhid ailələri və müharibə əlillərinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər həyata keçirir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov mütəmadi olaraq bu kateqoriyadan olan şəxslərin qayğıları ilə maraqlanır, onları narahat edən məsələlərin həlli istiqamətində qanunamüvafiq tədbirlər həyata keçirir.

“Unikal” xəbər verir ki, Niyazi Bayramov I qrup Qarabağ əlili Qədimov Zaur İmran oğlu ilə görüşüb, onu narahat edən məsələlərlə maraqlanıb.

Zaur Qədimov səhhətində yararan problemlə əlaqədar müalicə almaq istədiyini bildirərək köməklik göstərilməsini xahiş edib. Onun müraciətini dinləyən şəhər rəhbəri, müharibə əlilinin müayinə və müalicəsinin həyata keçirilməsi, ehtiyac yarandığı təqdirdə Bakı şəhərindəki səhiyyə müəssisələrinə göndərişin verilməsinin təmin olunması ilə bağlı müvafiq tapşırıq verib.

Zaur Qədimov şəhid ailələri və müharibə əlilləririnə göstərilən diqqətə görə ölkə başçısı və şəhər rəhbərliyinə minnətdarlığını bildirib.