Xəbər verdiyimiz kimi, bu gün polkovnik İlqar Mirzəyevin və general-mayor Polad Həşimovun şəhid olmasından 3 il ötür.

"Unikal"ın məlumatına görə, Milli Qəhrəmanların məzarını ziyarətə gələnlər arasında 2020-ci il təvəllüdlü Həşimov Polad Cəmil oğlu da var. Polad Həşimovun yaxınları şəhid generalın xatirəsini əbədiləşdirmək üçün Tovuz döyüşlərindən sonra dünyaya gələn uşağa Polad adı qoyublar.

Şəhid polkovnik İlqar Mirzəyevin anası da onunla şəkil çəkdirib.

Fotolar: Ayxan Məlikov