Rusiyada keçirilmiş sorğu zamanı prezident Vladimir Putinə etimad səviyyəsi 77,2% təşkil edib.

“Unikal” xəbər verir ki, belə bir nəticəyə Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin sorğu məlumatları əsasında gəlinib. 

Vladimir Putinə inamla bağlı birbaşa suala respondentlərin 77,2%-i müsbət cavab verib. Eyni zamanda, Rusiya liderinin fəaliyyətini bəyənmə nisbəti 73,6% təşkil edir.

Rusiya hökumətinin işini respondentlərin 48,4%-i, onun sədri Mixail Mişustinin fəaliyyətini isə rusların 51,2%-i səmərəli hesab edir. Respondentlərin 59,9 faizi Nazirlər Kabinetinin sədrinə etimad göstərdiyini bildirib.

Respondentlərin parlament partiyalarının rəhbərləri ilə bağlı fikirləri belə bölünüb: Respondentlərin 32,5%-i Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Gennadi Zuqanova, 28,5%-i “Ədalətli Rusiya – Həqiqət naminə” partiyasının lideri Sergey Mironova, 16,1% Liberal Demokrat Partiyasının rəhbəri Leonid Slutskiyə, 7,2% “Yeni İnsanlar” partiyasının rəhbəri Aleksey Neçayevə etibar edir.

Nuranə Abbasova