ABŞ Konqresinin Nümayəndələr Palatası 2024-cü maliyyə ili üçün Ukraynaya hərbi yardım da daxil olmaqla, 886,3 milyard dollarlıq müdafiə xərcləri haqqında qanun layihəsini təsdiqləyib.

"Unikal" xəbər verir ki, qanun layihəsinin lehinə 219, əleyhinə isə 210 səs verilib.

Layihə, həmçinin Kiyev üçün ATACMS operativ-taktiki raket sistemləri üçün 80 milyon dolların ayrılmasını nəzərdə tutur. Konqresmenlər, Ukraynada Təhlükəsizliyə Yardım Təşəbbüsü çərçivəsində ABŞ Müdafiə Nazirliyinin bu və ya digər avadanlıq və vasitələrinin birbaşa Pentaqonun ehtiyatlarından təmin edilməsini deyil, istehsalçılarla müqavilələr bağlanmasını nəzərdə tutan 300 milyon dollar yardım göndərməyi təklif edirlər.

Qanun layihəsi növbəti mərhələdə senatda müzakirəyə çıxarılacaq.