AB ilə Türkiyə arasındakı əlaqələrin yaxşılaşacağına inanıram"

"Unikal" xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolz bu gün Berlində mətbuat konfransı zamanı bildirib. Mövcud hadisələrlə bağlı sualları cavablandıran Şolz, Türkiyənin Avropa Birliyi (AB) ilə əlaqələrinə toxunaraq, "İnanıram ki, AB ilə Türkiyə, xüsusilə Yunanıstan və Türkiyə arasındakı münasibətlər daha da inkişaf edə bilər" deyə bildirib.

Türkiyənin İsveçin NATO-ya üzvlüyü ilə bağlı müsbət mesajlar verən Şolz, “Prezident Rəcəb Tayyib Ərdoğan bunu artıq deyib. Həm də çox əminəm ki, üzvlük (İsveçin NATO-ya üzvlüyü) uzadılacağına dair heç bir əlamət yoxdur”, - deyə o bildirib.