Kişi basketbolçulardan ibarət Azərbaycan yığmasına yeni legioner cəlb olunacaq.

"Unikal" "BasketNews"a istinadən xəbər verir ki, Fransa "Monako"sunun oyunçusu Donta Holl tezliklə milliləşdiriləcək.

Yaxın vaxtlarda ABŞ-dan olan 26 yaşlı basketbolçuya Azərbaycan pasportu veriləcək.

Qeyd edək ki, mərkəz oyunçusu 2021-ci ildən "Monako"da çıxış edir.