Portuqaliyanın “Braqa” klubu “Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində “Benfika”ya 3:2 qalib gəlməsi ilə bağlı paylaşım edib.
"Unikal" xəbər verir ki, klubun rəsmi “TikTok” hesabında paylaşılan videoda “Braqa” loqosunun qarşısında “I was Qarabağed” (Qarabağa məruz qaldım) , “Benfika” loqosunda cavab olaraq isə “Me too” (mən də) sözləri yazılıb. Bununla da rəsmdəki iki obrazın (“Braqa” və “Benfika”) ağlayaraq qucaqlaşdığı göstərilib.
Xatırladaq ki, “Qarabağ” 2023-24-cü illər mövsümündə UEFA Avropa Liqasının pley-off mərhələsində “Braqa”nı ümumi 6:5 hesabı ilə məğlub edərək, 1/8 finala adlamışdı.