Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynanın NATO-ya "qeyd-şərtsiz" qəbul edilməsi zərurəti ilə bağlı sözlərindən sonra Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun psixiatrik xəstəxanaya göndərilməsini təklif edib. 

"Unikal" xəbər verir ki,  o, bu  barədə "Telegram" kanalında məlumat paylaşıb. 

"O, təqaüdçü axmaq, psixiatriya xəstəxanasına heç bir şərt olmadan qəbul edilməlidir. Məhz burada o, üçüncü dünya müharibəsinə başlamağı tələb edən öz adamları arasında sərt bir oğlanı təsvir edə biləcək"- deyə Rusiyanın eks-prezidenti yazıb.

Consonun Ukraynanı NATO-ya üzv olmağa çağıran məqaləsi "Daily Mail"də dərc olunub. Keçmiş baş nazir yazıb ki, Şimali Atlantika Alyansı ölkələri "Ukraynanın fədakarlığının böyüklüyünü və onun Qərb qarşısında qoyduğu öhdəlikləri" tanıdıqlarını nümayiş etdirməli olublar.