1987- ci ildən 2023-cü ilin 1 iyul tarixinədək 9000 nəfər Azərbaycan vətəndaşı rəsmi olaraq Respublika QİÇS-lə Mübarizə Mərkəzində qeydiyyatdadır.

"Unikal" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində sualları cavablandıran Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova bildirib.

Onun sözlərinə görə, onlardan 69 %-i kişilər, 31 %-i qadınlardır.