Vaşinqton İranla dollar əməliyyatları apardığına görə İraqın 14 bankına sanksiya tətbiq edib.

"Unikal" xəbər verir ki, bu barədə Amerikanın "Wall Street Journal" qəzeti çərşənbə günü ABŞ rəsmilərinə istinadən yazıb.

ABŞ-ın Xəzinədarlıq Departamenti və Federal Bankının Nyu-Yorkda tətbiq etdiyi bu sanksiyalar İraqdan İrana dollar göndərilməsinin qarşısını almaq üçün geniş səylərinin bir hissəsidir.