Argentinanın paytaxtı Buenos-Ayres şəhərinin ətrafında qeyri-peşəkar futbolçu həvəskar oyunun hakimini döydükdən sonra ölü tapılıb.

"Unikal" xəbər verir ki, bu barədə AR məlumat yayıb.

24 yaşlı Williams Alexander Taponun başından güllə yarası ilə meyiti tapılıb.

Yoldaşlıq oyunu zamanı futbolçu hakimə bir neçə güclü zərbə endirib, o, çoxsaylı sınıqlar alıb və bu, cinayət işinin başlanmasına səbəb olub.

Tapon idman tədbiri zamanı qəsdən adam öldürməkdə ittiham olunurdu və buna görə 10 ildən 15 ilədək həbs cəzası gözləyirdi.

İdmançının ölümünü həyat yoldaşı açıqlayıb. Onun iki azyaşlı övladı qalıb.