İranda uşaqlara nüvə texnologiyası öyrədiləcək.

"Unikal" xəbər verir ki, bu sözləri İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami bildirib.

“Nüvə texnologiyası haqqında məlumatlar ibtidai siniflərdən başlayaraq dərsliklərə daxil ediləcək ki, şagirdlər nüvə elminin həyatdakı rolunu bilsinlər. Belə bir qərar uşaqlarda ölkənin inkişafına sevgini artıracaq”, - deyə Eslami qeyd edib.