Rusiyada kriminal mühitdə daha çox Dinrid kimi tanınan 50 yaşlı "qanuni oğru" Temur Axuba snayper tüfəngindən açılan üç atəşlə öldürülüb.

"Unikal" xəbər verir ki,  bu  barədə Rusiya KİV-ləri məlumat yayıb.  

Hadisə Abxaziya Muxtar Respublikasının Qudauta kəndində baş verib. Məlumata görə, iki güllə onun baş nahiyəsinə, biri isə mədə nahiyəsinə dəyib.

Dinridin kim və ya kimlər tərəfindən öldürüldüyü məlum deyil. Araşdırma aparılır.  

Gülayə Mecid