Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Sambo Federasiyasının birgə təşkilatçılığı ilə 14-16 iyul 2023-cü il tarixlərdə SSRİ-nin və Azərbaycan Respublikasının Əməkdar Məşqçisi Əbülfəz Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmələr və gənclər arasında sambo güləşi üzrə Azərbaycan kuboku kerçirilib. 

"Unikal" xəbər verir ki, yarışda ASAPES SABAH qrupları Məşqçilik ixtisasının III kurs tələbəsi Hacılı Rəhman iştirak edib. 

O,  +98 kq çəki dərəcəsində III yerə layiq görülüb. Bununla da ASAPES-li gənclər milli yığma komandaya dahil olub.