Gürcüstan bu ilin ikinci rübündə 19 Azərbaycan vətəndaşını deportasiya edib.

“Unikal” xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, Gürcüstandan deportasiya edilən Azərbaycan vətəndaşlarından 10 nəfəri azyaşlı, 2 nəfəri 18-25 yaş, 3-ü 26-40, 4-ü isə 41-65 yaş aralığındadır. 

Statistikaya əsasən, bu il Gürcüstandan ümumilikdə 32 Azərbaycan vətəndaşı deportasiya edilib. Bu ilin birinci yarısında Gürcüstandan deportasiya edilənlərin əksəriyyətini Azərbaycan vətəndaşları təşkil edib.

Nuranə Abbasova