"İş yoldaşları onu həmişə yad etdilər. Xəstəliyi hardasa 2-3 il olar aşkarlanmışdı".

"Unikal" xəbər verir ki, bunu ötən gün vəfat edən tanınmış aparıcı Natəvan Babayevanın dayısı Zabil Babayev deyib.

"Əvvəl onkoloji xəstəliklə bağlı müalicə etmədilər. Dedilər allergiyadır və onunla bağlı müalicə aldı. Halbuki onun xəstəliyi başqa idi. Həkimlər də səhlənkarlıq etdi", - deyə mərhumun dayısı bildirib.