Dünya bazarında Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
"Unikal" xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,93 dollar azalaraq 83,37 dollar olub.
Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.