Həftənin sonuncu “Səyyar qəbul otağı” Ucar rayonunun Şahlıq kəndində təşkil olunub.

"Unikal" xəbər verir ki, aksiyaya qatılan 15-ə yaxın sakindən 5-i mikrofon önünə çıxaraq müraciətlərini ünvanlayıb. Müraciətlərə gəlincə isə bunlar fərdi yaşayış evinin qazlaşdırılması və qapı keçidinin quraşdırılmasından ibarət olub.

Ağsu RQİİ-nin rəhbər şəxsləri vətəndaşların müraciətləri ilə bağlı ətraflı məlumat verdikdən sonra aidiyyəti üzrə yönləndirilməsi üçün qeydiyyat aparıblar.