Ədliyyə Nazirliyinin Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinə rəis təyin edilib.

“Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı ədliyyə naziri Fikrət Məmmədov əmr imzalayıb.

Əmrə əsasən, idarənin rəisi vəzifəsinə Fikrət Qafarov təyinat alıb.

Qeyd edək ki, o, bu təyinatadək 10 saylı cəzaçəkmə müəssisəsinin rəisi işləyib.

Xatırladaq ki, Mirsaleh Seyidov Penitensiar xidmətin rəisi təyin olunanadək Əməliyyat-rejim idarəsinin rəisi vəzifəsində çalışıb.

Murad İbrahimli