Xorvatiyanın Split şəhərində keçirilən tələbələr arasında futzal üzrə Avropa çempionatında ASAPES komandası ardıcıl 2-ci qələbəsini qazanıb. 

"Unikal" xəbər verir ki, futzalçılarımız bu dəfə qrup lideri olan Portuqaliyanın “Minho Universiteti” kollektivini 3-1 hesabı ilə məğlub etməklə 1/4 finala doğru önəmli addım atıblar.