Ukrayna Xalq Respublikasının deputatı Vadim Rabinoviç dövlətə xəyanətdə şübhəli bilinib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  bu  barədə Ukrayna Dövlət İstintaq Bürosu məlumat yayıb. 

"Vadim Rabinoviç çoxsaylı çıxışlarında və müsahibələrində Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə və toxunulmazlığına, dövlət, iqtisadi və informasiya təhlükəsizliyinə xələl gətirən manipulyasiya xarakterli bəyanatlar dərc edib”, - məlumatda deyilir. 

Seymur Əli