ARDNŞ hesabat verdi
15:27 27-03-2013
İQTİSADİYYAT
ARDNŞ 2013-cü ilin fevral ayı üzrə ödənişləri barədə məlumat yayıb. Şirkətdən Unikal.org-a verilən məlumata görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2013-cü ilin fevral ayında dövlət büdcəsinə 132 milyon 285 min manat vəsait ödəyib.
Bu göstərici ötən ilin fevral ayına nisbətən 40 milyon 332 min manat və ya 143,9 faiz çox olub. Ümumiyyətlə, 2013-cü ilin yanvar-fevral aylarında büdcəyə 266 milyon 516 min manat ödənib. Bu göstərici 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 70 milyon 702 min manat və ya 136,1 faiz çox olub.
Bundan əlavə, cari ilin fevral ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 400 min manat vəsait köçürüb ki, bu da ötən ilin fevral ayına nisbətən 129 min manat və ya 101,1 faiz çox olub. Ümumiyyətlə, 2013-cü ilin yanvar-fevral aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 24 milyon 167 min manat təşkil edib. Bu göstərici 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 449 min manat və ya 101,9 faiz çox olub.
Digər Xəbərlər
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00
2024-12-23 12:30:00
2024-12-23 10:39:39