Rusiyanın Ukraynaya hücumunun başladığı vaxtdan bəri Polşa ərazisinə 14 milyondan çox ukraynalı daxil olub. 

"Unikal" xəbər verir ki, Polşa Sərhəd Xidmətinin sosial media hesabında yerləşdirilən məlumata görə, təkcə avqustun 1-də Polşa-Ukrayna sərhədini 30 min 800 Ukrayna vətəndaşı keçib. Bununla da müharibənin başladığı vaxtdan indiyədək Polşaya gələn ukraynalıların sayı 14 milyon 182 minə çatıb.

Eyni zamanda, Polşanı 12 milyon 399 min Ukrayna vətəndaşı tərk edib. Hazırda ölkədə 2 milyona yaxın ukraynalı qaçqının yerləşdiyi bildirilir.