Avqustun 1-dən Gürcüstan hakimiyyəti ABŞ istehsalı olan avtomobillərin Rusiya Federasiyasına ixracına və təkrar ixracına məhdudiyyətlər qoyub.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin gəlirlər xidmətindən məlumat verilib.

Qeyd edilib ki, sentyabrın 26-dan isə Avropadan gətirilən avtomobillərə məhdudiyyətlər tətbiq ediləcək.

Gürcüstanın Milli Statistika Xidmətinin daha əvvəl verdiyi məlumata görə, yanvar-iyun aylarında respublika Rusiya Federasiyasına ümumi dəyəri 52 milyon dollardan çox olan 3,7 mindən çox avtomobil ixrac edib.

Xatırladaq ki, Avropa İttifaqı 11-ci sanksiyalar paketi çərçivəsində Rusiyaya mühərrikinin həcmi 1,9 litrdən çox olan yeni və işlənmiş avtomobillərin, eləcə də elektromobillərin və hibridlərin tədarükünə qadağa qoyub.