Pakistanda İŞID terror təşkilatı tərəfindən siyasi partiya konqresinə kamikadze hücumu həyata keçirilib.

"Unikal" xəbər verir ki, hücum nəticəsində ölənlərin sayının 63-ə yüksəlib.

Hayber Paxtunxva əyalətinin Bacaur bölgəsində avqustun 30-da terror təşkilatı İŞID-ın Cəmiyyət Üləma-i İslam-Fəzl (JUI-F) Partiyasının qurultayında təşkil etdiyi intihar hücumunda can itkisi artıb. Səlahiyyətlilər etdiyi şərhdə hücumda həyatını itirənlərin sayının 63-ə yüksəldiyini, 123 yaralının müalicəsinin davam etdiyini bildirib. Can itkisinin arta biləcəyi bildirilib.