Ukrayna prezidenti Volodimir Zelenski  2023-cü ilin payızında “sülh sammiti” keçirməyə ümid etdiyini bildirib.

"Unikal" xəbər verir ki, Ukrayna tərəfi hazırda sammitin bu ilin payızında baş tutmasını təmin etmək üçün çalışır. Zelenskinin fikrincə, tədbirdə dünya çoxluğu olmalıdır.

Ukrayna prezidenti əlavə edib ki, tezliklə payız gələcək, lakin sammitə hazırlaşmaq, eləcə də əksər dövlətləri iştiraka cəlb etmək üçün hələ vaxt var. O əlavə edib ki, ukraynalı diplomatların fəaliyyətindən çox şey asılıdır.

Onu da qeyd edək ki, Zelenski sentyabrda Nyu-Yorkda keçiriləcək  Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında iştirak edə bilər .

Baş Assambleyada Zelenski “sülh formulu” mövzusuna toxunmağı, həmçinin bir sıra görüş və sessiyalarda iştirak etməyi planlaşdırır.