Son 5,5 il ərzində Özbəkistanda 38 kişi, o cümlədən 2023-cü ilin birinci yarısında dördü çoxarvadlılığa görə məhkum edilib.
"Unikal" xəbər verir ki, 2018-2022-ci illərdə Özbəkistanda Cinayət Məcəlləsinin 126-cı (“Çoxarvadlılıq”) maddəsi ilə 34 kişi məhkum edilib.
Çoxarvadlılıq, yəni iki və ya daha çox qadınla ümumi təsərrüfat zəminində birgə yaşama - 50 manatdan yüz mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.