Gürcüstanın paytaxtı Tbilisidə fəaliyyət göstərən “Lilo Mall” ticarət mərkəzində azərbaycanlı sahibkar Roman İsayevi güllələyən şəxs saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin yerli mətbuata açıqlamasında bildirilib.
Qeyd olunub ki, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi açılıb.

Ətraflı
 

19:30

Tbilisidəki “Lilo Mall” ticarət mərkəzində iş adamı etnik azərbaycanlı Roman İsayev silahlı hücuma məruz qalıb.

"Unikal" apa-ya istinadən xəbər verir ki, bu barədə “TV Pirveli” məlumat yayıb.

Bildirilib ki, başından güllə yarası almış biznesmen xəstəxanaya çatdırılıb, həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər. Roman İsayevin süni tənəffüs aparatına qoşulduğu bildirilir.

Məlumata görə, silahlı şəxs ticarət mərkəzində tekstil mağazasının sahibi olan Roman İsayevdən söhbət etmək üçün küçəyə çıxmasını istəyib, lakin sonuncu buna rədd cavabı verib. Bundan sonra şübhəli atəş açaraq onu yaralayıb və daha sonra ərazidən qaçıb.

Polisin hazırda cinayətkarı axtardığı, yaralama anının təhlükəsizlik kamerasına düşdüyü bildirilib.

Faktla bağlı cinayət işi açılıb.