"Sabah" UEFA Konfrans Liqasında III təsnifat mərhələsinə yüksəlib.

"Unikal" xəbər verir ki, Bakı klubu buna II raundun cavab oyununda Bakıda Latviyanın RFŞ komandasını 2:1 hesabı ilə məğlub etməklə nail olub. İlk qarşılaşmada rəqibinə 2 cavabsız qolla qalib gələn Murad Musayevin baş məşqçi olduğu kollektiv iki görüşün nəticəsinə əsasən adını növbəti mərhələyə yazdırıb.

Qeyd edək ki, "Sabah" III təsnifat mərhələsində Serbiya "Partizan"ı ilə qarşılaşacaq. Bu raundun oyunları 10-17 avqustda keçiriləcək.