Azərbaycan para-üzgüçüsü Vəli İsrafilov İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.
"Unikal" xəbər verir ki, paralimpiya çempionu 100 metr məsafəyə brass növündə 1:07:08 saniyə nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
İsrafilov bununla da Paris-2024 XVII Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.