İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif bölgələrində 26 fələstinlini saxlayıb.
"Unikal"
xəbər verir ki, Fələstinin rəsmi  WAFA xəbər agentliyinin yaydığı məlumata əsasən, İsrail qüvvələri İordan çayının qərb sahilinin El-Xəlil və digər şəhərlərində fələstinlilərə qarşı əməliyyatlar həyata keçirib.
Xəbərdə İsrailin El-Xəlil şəhəri və qəsəbələrində 16 fələstinlinin,Kalkylya şəhərində isə 2-si qardaş olmaqla 4 nəfərin saxlanıldığı bildirilib.
İordan çayının qərb sahilinin şimalındakı Cenində 5, Nablusda isə 1 nəfərin İsrail qüvvələri tərəfindən saxlanıldığı qeyd olunub.
İşğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə evlərə vaxtaşırı basqın edən İsrail qüvvələri müxtəlif iddialar irəli sürərək fələstinliləri saxlayır.