Panamanın cənubunda 6,0 bal gücündə zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Almaniyanın Geologiya Elmləri Araşdırma Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların mənbəyi 10 km dərinlikdə olub. Zəlzələnin episentri koordinatları 5,65 dərəcə şimal eni və 82,70 dərəcə qərb uzunluğu olan nöqtədə yerləşib.

Qeyd edək ki, ötən gün də Panamada 5,7 bal gücündə  zəlzələ olmuşdu.