Son sorğular Ermənistan Baş naziri Nikol Paşinyanın reytinqinin kəskin azaldığını təsdiqləyir.

"Unikal" xəbər verir ki, bu məlumat “GALLUP İnternational Association” araşdırma şirkətinin Ermənistanda apardığı sorğunun nəticələrində əksini tapıb.

"Paşinyanın verdiyi məlumatlara nə dərəcədə inanırsınız və ya etibar edirsiniz sualına respondentlər belə cavab veriblər: 

Mən tam etibar edirəm: 16,1%

Mən daha çox güvənirəm: 14,5%

Mən etibar etmirəm: 13,1%

Mən heç inanmıram: 54,45%

Cavab verməkdə çətinlik çəkirəm: 1,8%

Başqa sözlə, deyə bilərik ki, sorğuda iştirak edən vətəndaşlarımızın 67 faizi Nikol Paşinyanın verdiyi cavablara inanmır”, - şirkət yazıb. 

Gülayə Mecid