Çinin Hançjou zooparkında bir ayının iki ayaq üstə dayanaraq insana bənzər davranış nümayiş etdirdiyi video sosial şəbəkələrdə müzakirələrə səbəb lub.

“Unikal” xəbər verir ki, görüntüləri izləyənlərin əksəriyyəti onun ayı kostyumu geyinmiş insan olduğunu iddia ediblər. Zoopark rəsmiləri açıqlama yayaraq, Kira adlı ayının insan olmadığı və onun günəş ayısı adlandırıldığını bildiriblər. 

İngiltərənin Vəhşi Təbiət Parkı səlahiyyətliləri də açıqlama yayaraq Çin zooparkından verilən açıqlamanı təsdiqləyiblər. Onlar bildiriblər ki, Kira Günəş ayısı və ya Malay cinsi kimi tanınır. 

Nuranə Abbasova