Danimarka Quranın yandırılması ilə bağlı son aksiyalara görə ölkə sərhədlərində nəzarəti gücləndirir.

"Unikal" xəbər verir ki, bu barədə Danimarka Ədliyyə Nazirliyi məlumat yayıb.

“Konkret və davamlı təhdidlərə cavab vermək üçün Danimarkaya daxil olanlara diqqət yetirmək lazımdır”, - məlumatda deyilib.

Qeyd olunur ki, sərhəd nəzarətinin daha sərt qaydaları avqustun 10-dək qüvvədə olacaq.