Evinizdə hər gün istifadə etdiyiniz bir çox kosmetik və təmizləyici məhsulların risklərini bilirdinizmi?
"Unikal" sözügedən məhsulları təqdim edirik:
1. Ayaqqabı boyası - Dəri ilə təmasda olduqda zərərli təsir göstərir. Sprey boyalar yerinə süngər boyalara üstünlük verilməlidir.
2. Saç geli - Dəridə səpgilərə, dəri altında kapilyar qanaxmaya səbəb olur. Tərkibində ammonyak olmayan məhsullardan istifadə edin.
3. Saç spreyi - Ağciyər və böyrək xəstəliklərinə səbəb olur.
4. Maşın yağı - Qapıları yağlamaq üçün istifadə edilən bu yağlar tez alışan və zəhərlidir.
5. Dırnaq lakı və aseton - Yanan, zəhərli və dəri üçün qıcıqlandırıcıdır. Hamilə qadınlar istifadə etməməlidir. Toluensiz dırnaq boyaları daha az təhlükəlidir.
6. Ağartıcı məhsullar - Digər təmizləyici maddələrlə qarışdırıldıqda oksid qazı əmələ gəlir. Gözləri və dərini qıcıqlandırır. Əlcəksiz istifadə edilməməlidir.
7. Ev ətri - Ağciyərləri zədələyir. Təravətləndiricilər əvəzinə evi havalandırın.
8. Yapışqan - Yanan, partlayıcıdır, dərini və gözləri qıcıqlandırır, qaraciyəri zədələyir.
9. Saç boyası - Gözlərdə və ağciyərlərdə qıcıqlanmaya səbəb olur.
Hazırladı: Gülayə Mecid