Türkiyədə istilər rekord həddə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə TRT məlumat yayıb. Bildirilir ki, qeydə alınan 81 əyalətdən 20-də 40 dərəcədən yuxarı temperatur və rekord rütubət var.

Qeyd olunur ki, ölkənin 20 əyalətində havanın temperaturu 40 dərəcəni keçib. Xüsusilə cənub-şərqdə Mardin və Şırnakda havanın temperaturu sırasıyla 45- 44, Şanlıurfa və Siirtdə isə 43 dərəcəyə çatıb. Ölkənin qərbində Tekirdağ və Kırklareli vilayətlərində 40, milyonluq İzmir şəhərində isə 42,5 dərəcə isti qeydə alınıb.