Türkiyənin Kahramanmaraş vilayətinin Onikisubat rayonunda meşə yanğını başlayıb.

"Unikal" "TRT Haber"ə istinadən xəbər verir ki, yanğına havadan və qurudan müdaxilə edilir.

Bölgəyə Kahramanmaraş Meşə Region İdarəsinə bağlı 2 helikopter, 6 su çiləyici maşın və 2 su çəni göndərilib.

Yanğınsöndürmə işləri davam edir.