ABŞ İranın qarşısını almaq üçün Hormuz boğazında ticarət gəmilərinin göyərtəsində dəniz piyadaları yerləşdirməyə hazırlaşır.

"Unikal" xəbər verir ki, bu barədə "Associated Press"in məlumat yayıb.

"USS Bataan" və "USS Carterhall" amfibiya hücum gəmilərinin göyərtəsində olan minlərlə ABŞ dəniz piyadası və dənizçi İran körfəzinə doğru hərəkət edir və Hormuz boğazında gəmilərin istənilən silahlı mühafizə missiyasında istifadə oluna bilərlər.

İran tərəfindən ticarət gəmilərinin ələ keçirməsinin qarşısını almaq üçün ABŞ ordusu Hormuz boğazından keçən ticarət gəmilərinə silahlı qüvvələr yerləşdirməyi nəzərdən keçirir.

ABŞ dəniz piyadaları təhlükəsizliyi yalnız gəmilər tərəfindən tələb olunarsa, təmin edəcəklər.

Bununla bağlı yekun qərar verilməyib və ABŞ hərbi rəsmiləri ilə ölkənin regiondakı ərəb müttəfiqləri arasında danışıqlar davam edir.