İranın Yeni Zelandiyadakı səfiri Rza Nəzər Ahari bu ölkədən qovulacağı ilə hədələnib.

"Unikal" xəbər verir ki, Yeni Zelandiya Nümayəndələr Palatasının üzvü Qolriz Qəhrəman bu ölkə parlamentinin xarici əlaqələr komitəsinin iclasında İranın yeni səfiri Rza Nəzər Ahari qarşısında xalq etirazlarının yatırılmasından danışıb.
“Biz etirazçıların və mülki şəxslərin sistematik və geniş şəkildə öldürülməsini insanlığa qarşı cinayət hesab edirik.  Hökumətiniz insanlığa qarşı cinayət törədib.  Ona görə də Yeni Zelandiya hökuməti və komitəmiz hərəkətə keçmək öhdəliyi daşıyır və siz bu rejimin nümayəndəsi kimi demokratik və azad ölkəmizdə qalmaq istəyirsinizsə, sizin də məsuliyyətiniz var".