İtaliyanın paytaxtı Romadakı uşaq parkında Rusiya prezidenti Vladimir Putinin miniatür tankın üzərində oturduğunu əks etdirən heykəl qoyulub.

"Unikal" xəbər verir ki, heykəli hazırlayan fransız rəssam deyir ki, o, Ukrayna müharibəsi və Putinin uşaqcasına təsvir etdiyi davranışlarına diqqət çəkmək məqsədi daşıyır.

Oyuncaq kimi qəbul edilən heykəl uşaq meydançasında əyləncə mənbəyinə çevrilib.Heykəltəraş fransız rəssam Ceyms Kolominadır. Kolomina Putinin parlaq qırmızı heykəlləri ilə tanınır. O, bu heykəlləri Ukrayna müharibəsinə və Putinin uşaqlıq kimi qiymətləndirdiyi təhlükəli hərəkətlərinə diqqət çəkmək üçün etdiyini deyir.

Ceyms Kolominanın Putinin heykəlləri daha əvvəl Paris, Barselona və Nyu-Yorkda sərgilənib.