Qərbi Afrika İqtisadi Birliyi (ECOWAS) ölkələrinin qərargah rəisləri və yüksək rütbəli hərbi məmurları öz iclaslarında Nigerə hərbi müdaxilə ilə bağlı plan hazırlayıblar.

"Unikal" xəbər verir ki, bu barədə "Reuters" agentliyi ECOWAS nümayəndəsinə istinadən məlumat yayıb.

Bildirilir ki, ECOWAS ölkələrinin liderləri Nigerdə gələcək tədbirlərlə bağlı yekun qərarı verəcəklər.