Bolqarıstan və ABŞ “Trakya yayı - 2023" adlı birgə hava təlimi keçirir.

"Unikal" xəbər verir ki, bu barədə Bolqarıstanın Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata əsasən təlimlər Bolqarıstan ərazisində keçirilir və avqustun 20-dək davam edəcək.

"Trakya yayı - 2023" təlimlərində alçaq hündürlükdə taktiki uçuşlar, qrupların marşrut üzrə orta və alçaq hündürlüklərdə uçuşları, qoşunların və yüklərin daşınması, alçaq və orta hündürlükdən gecə və gündüz təlim və döyüş məqsədli paraşütlə tullanmalar, terror qruplarının neytrallaşdırılması üzrə fəaliyyət, tibbi təxliyə üzrə fəaliyyət və sair fəailyyətlər həyata keçiriləcək. Hava hücumundan müdafiə vəzifələri yerinə yetiriləcək", - deyə məlumatda bildirilir.